Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

18:11 - 26 / 10 / 2017
Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Oktyabrın 26-da “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Babək Cahandarov

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər