“Facebook” külək elektrik stansiyası tikəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Facebook” külək elektrik stansiyası tikəcək

22:49 - 26 / 10 / 2017
“Facebook” külək elektrik stansiyası tikəcək

“Facebook” şirkəti Nebraska ştatında yerləşən yeni məlumat emalı mərkəzini enerji ilə təmin edəcək külək elektrik stansiyası tikmək niyyətindədir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin həyata keçirilməsində tərəfdaş qismində “Trade Winds Energy” şirkəti çıxış edəcək. Külək elektrostansiyasının gücü 320 meqavat (MVt) olacaq.

Şirkət nümayəndələri bir müddət əvvəl 2018-ci ildə bütün enerjinin təxminən 50 faizini ekoloji təmiz mənbələrdən əldə etmək niyyətində olduqlarını bildiriblər. Yeni külək elektrostansiyası gücünə görə Nebraskada ikinci stansiya olacaq. Ştatda birinci yeri 400 meqavatı generasiya edən “Grande Prairie” stansiyası tutur.

Şirkətin tikilməkdə olan məlumat emalı mərkəzinin inşasının 2020-ci ildə başa çatacağı gözlənilir. Yerli KİV-in qiymətləndirməsinə görə, onun dəyəri 300 milyonu üstələyəcək.

1news.az

Paylaş:
789

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər