Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək

12:27 - 26 / 10 / 2017
Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək

Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır:

“Onun üzərində mütəxəssislər geniş iş aparıblar. Yeni qaydalar tətbiqi keçmiş qəbiristanlıqlara şamil edilməyəcək, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək.

Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələr və s. yaradılmasına icazə verilməyəcək”.

M.Qurbanlı vurğulayıb ki, bu qaydalar məzarlıqlarda bütövlükdə vəziyyətin nizamlaması məqsədi daşıyır.

Babək Cahandarov

Paylaş:
596

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər