Mübariz Əhmədoğlu: Ermənilər “Həşdi-şəbi” timsalında İranın terrorçu qruplaşmaları dəstəklədiyini sübut etməyə hazırdırlar | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənilər “Həşdi-şəbi” timsalında İranın terrorçu qruplaşmaları dəstəklədiyini sübut etməyə hazırdırlar

10:25 - 27 / 10 / 2017
Mübariz Əhmədoğlu: Ermənilər “Həşdi-şəbi” timsalında İranın terrorçu qruplaşmaları dəstəklədiyini sübut etməyə hazırdırlar

Ermənilərin düşüncə tərzi uzun müddət məhz kürd-erməni müttəfiqliyi üzərində quruldu. Zaman keçdikcə kürdlər gücləndi, təşkilatlandı, Avropadakı müəyyən strukturlara təsir etmək imkanı yarandı. Kürdlərin təşkilatlanmasında, Qərb strukturlarına yol tapmasında ermənilər onlara dəstək veriblər. Ermənilər Qərbin siyasi tarixinə “kürd soyqırımı” məsələsini gətirdilər.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri, politoloq  Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, kürdlər gücləndikcə ermənilərin ənənəvi özlərinki hesab etdikləri əraziləri tarixən kürdlərə məxsus olduğunu iddia etməyə başladılar. Bu dövrdən etibarən ermənilərin kürdlərdən narazılığı başlandı:

“İraq Kürdüstanınında müstəqillik ideyası gücləndikcə ermənilərin kürd məsələsindəki mövqeyi kifayət qədər ciddi haçalandı. İraq Kürdüstanındakı erməni diasporu  Kürdüstan üçün şir kimi döyüşəcəklərini bildirdilər. Ermənistanda isə fərqli fikirlər yarandı: Hətta bəzi ermənilər kürdlərin güclənməsini, dövlət quracağını ermənilər üçün təhlükə adlandırdı və bu kontekstdə Türkiyə ilə müttəfiqliyin mümkünlüyü məsələsini gündəliyə gətirdilər.

Ermənistanın maliyyə probleminin olmasına baxmayaraq məhz kürd faktoruna görə Ərbillə Yerevan arasında birbaşa aviareys fəaliyyət göstərirdi. Ərbil erməni icmasına xüsusi qayğı göstərirdi. Dövlət büdcəsi hesabına erməni məktəbləri açdı. Bu məktəblərdə tədrisin aparılmamasında İraq Kürdüstanın rəhbərliyinin günahı yox idi. Məktəblərdə erməni dilində tədris aparan müəllimlər çatışmırdı.

Çox konkret mövqe isə referendum günlərində baş verdi. Ərbil referendumdan sonra erməni dilinin də rəsmi dövlət dilləri sırasında olacağı anonsunu verdi. İraq Kürdüstanındakı erməni icmasının sayı təxminən 20 min nəfər olsa da, erməni icmasının təxminən 10 faizi seçkilərdə iştirak etdi. Əksəriyyəti bu və ya digər formada həmin referendumda iştirakdan yayındı.

Referendumdan sonra ermənilər kürdlərə və yaxud kürd müstəqilliyi ətrafında gedən proseslərə qarşı mövqelərini kəskin dəyişiblər. Ermənistan Yerevan-Ərbil aviamarşrutunu dayandırdı”.

Politoloq vurğulayıb ki, ermənilər “Həşdi-şəbi”ni radikal şiə qruplaşması adlandırır və bu qruplaşmanı terrorçu hesab edirlər:

“Maraqlı burasıdır ki, ermənilər öz fikirlərini əsaslandırmaq üçün Azərbaycan şiəliyini nümunə göstərirlər və İraq Kürdüstanına daxil olan “Həşdi-şəbi”nin azərbaycanlılardan ibarət olduğunu bildirirlər, Azərbaycan bayrağı gəzdirirlər. Ermənilərin iddiasına görə, “Həşdi şəbi” (Kərkük türkmənləri) erməniləri hədələyirlər ki, Kərkükdə məsələni bitirdikdən sonra onlar Dağlıq Qarabağa gəlib Dağlıq Qarabağı Azərbaycana qaytaracaqlar.

Ermənilərin bu xəstə təxəyyülündə kifayət qədər ciddi qüsurlar mövcuddur. Düzgün olanı odur ki, türkmənlər doğrudan da etnik baxımdan azərbaycanlı, əqidə etibarı ilə şiədirlər.  Kərkük türkmənlərinin “Həşdi-şəbi” üzvü olaraq Azərbaycan bayrağını qaldırmasi məsələsi hələ ki, digər mənbələrdən təsdiqlənmir. Bu sadəcə ola bilər etniki təəssübkeşlikdən irəli gələ bilər.

Ermənilərin “Həşdi-şəbi”ni terrorçu qruplaşma hesab etməsi əslində Ermənistanın və dünya erməniliyinin Qərbə mesajıdır: Ermənilər “Həşdi-şəbi” timsalında İranın terrorçu qruplaşmaları dəstəklədiyini sübut etməyə hazırdırlar. ABŞ İrandan  “Həşdi-şəbi”ni İraqdan çıxarmasını tələb edir. Bu qruplaşmanın yaranmasında, silahlanmasında  İrandan güclü dəstək olsa da əslində “Həşdi-şəbi” doğrudan da İraq vətəndaşlarının formalaşdırdığı təşkilatdır. Bu qrupun ideya müəllifi bütün şiə dünyasında çox böyük nüfuza malik İraqlı Ayətullah əs-Sistanidir. Ermənilərin məqsədi aydındır: İranı terrorçu qruplaşmaları dəstəkləyən dövlətlər sırasına qoyurlar. Ona görə erməni ictimai-siyasi mühitində Kərkükdə baş verənləri aktuallaşdırmaq və Azərbaycanın adının hallandırmaq süni məsələdir . Əsas hədəf İrandır.

Beləliklə Ermənistan İranın terrorçu hesab olunmasında ABŞ-ın apardığı siyasətə dəstək verməsini nümayiş etdirdi”.

1news.az

Paylaş:
891

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər