Türkiyənin müdafiə naziri Azərbaycana gələcək | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin müdafiə naziri Azərbaycana gələcək

14:39 - 28 / 10 / 2017
Türkiyənin müdafiə naziri Azərbaycana gələcək

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycana gələcək.

1news.az xəbər verir ki,  bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, N.Canikli oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.

Qeyd edək ki, Şuranın 5-ci toplantısı Bakıda ötən ilin martın 15-də keçirilib.

1news.az

 

 

Paylaş:
952

Son xəbərlər

Bütün xəbərlər