Heydər Əliyev Fondu və “Novo Nordisk” jurnalistlər üçün müsabiqə elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu və “Novo Nordisk” jurnalistlər üçün müsabiqə elan edir

14:58 - 29 / 10 / 2017
Heydər Əliyev Fondu və “Novo Nordisk” jurnalistlər üçün müsabiqə elan edir

Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə ölkəmizdə “Azerbaijan Changing DiabetesTM Awards” layihəsi çərçivəsində jurnalistlər üçün müsabiqəyə start verilib.

1news.az-ın məlumatına görə, layihə çərçivəsində İlin ən yaxşı jurnalisti (Best journalist of the year) nominasiyası təqdim olunacaq. Şəkərli diabet xəstəliyi ilə mübarizəyə dair, o cümlədən şəkərli diabet haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə şəkərli diabetli pasiyentlərin həyat tərzinin yaxşılaşdırlımasına yönəlmiş, həmçinin şəkərli diabetin müalicəsinin xərclərinə və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək.

Jurnalistlər tarixindən asılı olmayaraq mətbuatda sözügedən mövzuda çap olunan məqalələrini [email protected] email ünvanına göndərə bilərlər. Məqalə müəllifləri məqalə ilə birlikdə öz tərcümeyi-hallarını da məktuba əlavə etməlidirlər.

Fərqlənən yazı müəlliflərini Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətindən dəyərli hədiyyələr gözləyir.  Qaliblər noyabr ayının 29-da keçiriləcək “Azerbaijan Changing DiabetesTM Awards” mükafatının təqdim etmə mərasimində açıqlanacaq.

Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkəti bütün media nümayəndələrini müsabiqədə fəal iştiraka çağırır!

Babək Cahandarov

Paylaş:
805

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər