Türkiyənin baş naziri Azərbaycan prezidentinə Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dəstəyinə görə təşəkkür edib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin baş naziri Azərbaycan prezidentinə Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dəstəyinə görə təşəkkür edib

19:57 - 29 / 10 / 2017
Türkiyənin baş naziri Azərbaycan prezidentinə Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dəstəyinə görə təşəkkür edib

Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu verdikləri dəstəyə görə təşəkkür edib.

Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmir yolunun xeyirli olmasını arzu edib.

Qeyd edək ki, sabah Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş nazirinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək.

1news.az

Paylaş:
750

Son xəbərlər

Bütün xəbərlər