Avropa İttifaqı: BTQ etibarlı nəqliyyat bağlantısını təmin edəcək | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqı: BTQ etibarlı nəqliyyat bağlantısını təmin edəcək

13:28 - 30 / 10 / 2017
Avropa İttifaqı: BTQ etibarlı nəqliyyat bağlantısını təmin edəcək

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Avropa İttifaqı,Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır.

1news.az xəbər verir ki, bu barədə Aİ-nin açıqlamasında deyilir.

Məlumatda qeyd edilib: “Avropa İttifaqı yeni dəmir yolu dəhlizini alqışlayır. Bu, sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və loqistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaqdır. Həmçinin, bu, Şərq Tərəfdaşlığı, onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.

Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələri dəstəkləyib. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcəkdir.

Enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək Cənub Qaz Dəhlizini də dəstəkləyirik”.

 P.Sultanova

 

 

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər