Şah İsmayılı yaratmış dastan... | 1news.az | Xəbərlər
Cəmiyyət

Şah İsmayılı yaratmış dastan...

15:34 - 30 / 10 / 2017
Şah İsmayılı yaratmış dastan...

Dastan nağıl deyil,dastanların  real “hadisə tarixi” var.  Dastan mətni  yazıya köçən gündən “sokral”  dəyərini  itirir.

Dastanlar  yarandığı yerin taleləridir. Adətən dastan mətnləri tarixə və tarixi fiqurlara ölməzlik statusu verirlər.“Şah İsmayıl” dastanı  ilk dəfə danışıldığı andan çox - çox sonralar səfəvi dövlətinin qurucusu birinci Şah İsmayılı yaradıb. Bu dastana qədər türk dili arealında ənənəvi olaraq dastan mətni ancaq “tarixi fiqurları” əbədiləşdirirdi. Dastan mətninin tarixi fiqur yarada bildiyi ilk mətn “Şah İsmayıl”-dır. Səfəvi dövlətinin yaranacağı və bu dövlətin yaradanı haqqında “Şah İsmayıl ” dastanı öncədən rəmzi dəlillərlə xəbər verir.

Tarixdə Şah İsmayıl adında iki şəxs olub. Qızılbaş dövlətini yaratmış Şah İsmayıl Xətai və onun  nəvəsi ikinci Şah İsmayıl. Tarix İsmayıl adlı üçüncü şahın olduğunu bizə demir. Birinci Şah İsmayıl  adının qızılı haləsi hələ də coğrafiyamızın başı üstədir. Dini və etnokulturolju fəzada qızılbaş ovqatı hər iki Azərbaycanda  bu günə qədər yaşanır. İkinci Şah İsmayıl babası qədər bacarıqlı olmayıb. O, cəmi bir il şahlıq edib.  Min beş yüz yetmiş altıncı ildə başlayıb min beç yüz yetmiş yeddinci ildə bitən nəvə İsmayılın şahlığı zamanı ölkə ruhani, əsgəri və maddi böhran içinə düşüb.  Bu yazıda mən sizi tanımadığınız üçüncü “Şah İsmayılla” tanış edəcəm. Bu “Şah İsmayıl ”tarixi fiqur deyil, dastan qəhrəmanıdır.

Dastanı  oxuduğum andan mətndəki şahzadənin kim olduğunu düşünürəm. Bu “İsmayıl” gerçək İsmayılların fonunda “mif ” olsa da obrazın rəmziliyi coğrafiyanın siyasi arealı fonunda  heç də mənə “mifik” görünmür. Dastan mətni mənə öncəgörmə qabiliyətinə malik maqı, şamanı xatırladır. Şərqdə sözlə vuruşmayıblar. Bizim dildə Ezop əzabı olmayıb. Şərq ədəbiyyatı daha çox vəsfdir, mədhdir. Bəs onda dastandakı şah İsmayıl obrazının rəmziliyində kim gizlənir? 

Ən irreal  dastan qəhrəmanlarının belə  prototipləri var. Nibelunqların, Trubadurların, Yunan allahları kimi tanıdılmış Şümer bütlərinin belə yer üzündə bir real prototipləri olub. Bizim dastanlar da bu anlamda istisna deyil. Dədə Qorqud, Koroğlu “mifləşənə” qədər insan kimi yaşayıblar. Şah İsmayıl dastanı isə prototipi olmadan yaranıb. Amma necəsə çox çox sonralar bu dastan adı və özü dastanlıq olacaq birinci şah İsmayılın simasında zamandan çıxaraq prototip formalaşdırıb. 

Yaşadığımız coğrafiyada dövlətçilik ənənəsi Şah İsmayıla qədər də mövcud olub. O, sadəcə bu coğrafiyaya yeni dövlət modeli təklif edib. Şah İsmayıl sağ ikən öz adına bir dastan da bağlatmışdı. Bu dastan mənim dediyim “ Şah İsmayıl ”dastanı deyil.  Təəsüf ki bu dastan mətninin az bir hissəsi qorunub. Saxlanmış bu hissəcikdə Şah İsmayılın Çaldıran savaşından  sonrakı ovqatı təsvir olunur.  Birinci şah İsmayıl bu dastanda bizə ancaq döyüşçü  kimi təqdim edilir.

Mətndə qızılbaş ideolojusu önə çəkilir. Şah İsmayılın Taclı xanımla deyişmələri içində belə səfəvi əsgərlərinin döyüş ruhu öyülür. Bir sözlə, bu tapılmış kiçik dastan parçası  ancaq qızılbaşların “ideolju mətni” kimi dəyərlidir, onun qəhrəmanı isə konkret tarixi şəxs olan birinci Şah İsmayıldır. Mənim araşdırdığım Şah İsmayıl dastanı və onun qəhrəmanı olan Şah İsmayıl isə tamam başqa ovqatın mətnidir. Bu dastanın süjet xətti səfəvi mətnlərindən çox fərqlidir. Əvvəla bu dastan sevgi dastanıdır,propaqanda mətni deyil. Sonra isə yenilliyin, ədalətli idarəetmənin mesajını verən mistik zikrdir. Dastan qəhrəmanı olan “şah İsmayıl” real  tarixi fiqur olmasa da xalqın arziladığı reallıqdır.

Dastan yarandığı illərdə və yerlərdə rəsmi ideoljudan kənar fikir yürütmək  mümkün deyildi .O zamanlar  atalar və oğullar problemi  içtimayiləşə bilməzdi. O dövr üçün  Allah-Ata tandemi “absalyut ”hakimiyyət formulu idi. Dastandakı  Şah İsmayıl obrazı isə Atasının rəmzliyində Allahın özüylə vuruşan,ətrafa yeni təfəkkür modeli təklif edən  üsyankardır. Bu obraz sonralar birinci Şah İsmayılın simasında xalqın taleyində “sokral” xarakter daşıyacaqdı.  Bu mətn yazılanların sonradan insan başına gəlməsini insanlara sübut etdi.  Və dastan mətninin xalqın alın yazısı olduğunu isbatladı.  Səfəvilərin və səfəviliyin fəlsəfi postulatları isə coğrafiyada yaşayan digər etnoslar üçün belə bu dastan vasitəsi ilə necəsə təbliğ olundu. Şah İsmayıl adının özü belə  real tarixi fiqur olana qədər bu dastan arealında ideallaşdı. Coğrafiya insanının dövlət şüuru belə bu dastanın köməyi ilə formalaşdı.

Dastanları kütlə dilində yaşadır.  Dastanlar daha çox kütlənin dilində qorunur. Onların arzuları kimi təqdim olunurlar.”Şah İsmayıl” dastanının yarandığı coğrafiya “kataklizmlər” coğrafiyasıdır. Bu ərazinin aborigen etnosları hələ də biri birini həzm etməyib. Bu coğrafiyada yeni təfəkkür modeli heç zaman evalyusiya yolu ilə gündəmə gəlmir, qanla aşılanır. Bu anlamda “Şah İsmayıl”dastanı  zamanın fövqündə durur. Dastan zülmkar Zülal şah ilə ədalətli şahzadə Şah İsmayılın mübarizəsini ön plana çıxarır. Zülal şah mətndə övladına belə rəhm etməyən, kifayət qədər qorxaq, həris və tamahkar bir hökmdar sürəti kimi təqdim olunur. O həm də xəsis və paxıldır. Zülal şah oğlu Şah İsmayılın uğurlarına paxıllıq edir. Onun xalq içində sevilməsindən belə qorxur.

O,oğlunun  qəhrəmanlıqla uğrunda savaşıb yad ölkədən gətirdiyi, igidlikdə özünə yaraşan sevgilsini əlindən alır. Doğma oğlunu kor elətdirib, dünya işığına həsrət qoyur. Şah İsmayıl sevgilisinin dalınca getdiyi səfərdə Ərəb Zəngi adlı bir qəhrəman qadınla vuruşur. Bu obraz  fikrimcə, dastan mətnlərimizdə təsvir olunan ən bitgin qadın obrazıdır. O, ilk baxışdan qəhrəmanlığı və mərdliyi ilə nəzəri cəlb edir. Bir qədər keçəndən sonra isə obrazın ikinci plastı üzə çıxır. Sən demə o, kişilərdə vəfa görmədiyi üçün yol kəcənlik etməyə məcbur olmuş həssas bir qiyamçıdır. Hələ bu da son deyil. Bu obrazın üşüncü qatı da dastanda işlənib.

Ərəb Zəngi Şah İsmayıla məğlub olandan sonra kin saxlamayıb ona yardım edir, ancaq xeyirxah işlər görür. Bununla da gözümüzün qarşısında “epizodik” obrazdan “polifanik” obraza çevrilir. Dastan boyu  Şah İsmayılın savaşda qalib gəldiyi obrazlar zaman keçəndən sonra ona kömək edirlər. Kor olandan sonra isə Şah İsmayıla sehirli qüvvələr  yardım edib gözünü açırlar. Qalib gəlməsini təmin edirlər. Bu da dastan qəhrəmanın “seçilmiş” olduğuna işarədir.

Sonda şahzadə atasına qalib gəlib taxt taca sahib olur və yeni idarəçilik modelini siyasi arealda tətbiq edir. Bu idarəetmə sonralar real həyatda birinci şah İsmayılın timsalında təkrar olunacaq. Bununla da dastanların xalqın taleyində real yazı olması həqiqətini tarixə sübüt edəcək. Eyni zamanda bu dastan həm də sevgi dastanıdır. Cənglərin, ideoljuların tüğyan etdiyi bir realıqda sevgisi ilə tarixə düşmüş üçüncü şah ismayıl kimdir sualı fikrimcə bu gün də aktualdır ? Mən bu dastan qəhrımanını birinci şah İsmayıla oxşatdım. Bu fikir mənim subyektiv fikrimdir. Bəs siz nə düşünürsünüz?

Orxan Fikrətoğlu

Paylaş:
4151

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər