Gürcüstan baş nazirinin Azərbaycana səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan baş nazirinin Azərbaycana səfəri başa çatıb

22:11 - 30 / 10 / 2017
Gürcüstan baş nazirinin Azərbaycana səfəri başa çatıb

Oktyabrın 30-da Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri başa çatıb.

1news.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

1news.az

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər