ABŞ səfiri: Bakı-Tbilisi-Qarsın açılışı mühüm addımdır
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiyada daha yaxşı ticarət əlaqələrinin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır.
1news.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, bu gün açılışı olacaq BTQ Yeni İpək Yolunun mühüm hissəsidir:
“Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.
Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.
1news.az
670