Yeni “Sony” smartfonları təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni “Sony” smartfonları təqdim edilib – FOTO

09:10 - 31 / 10 / 2017
Yeni “Sony” smartfonları təqdim edilib – FOTO

 

Yeni “Sony” smartfonları təqdim edilib – FOTO

“Sony Mobile” şirkəti “Xperia R1” və “Xperia R1 Plus” smartfonlarını nümayiş etdirib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, şirkətdən bildiriblər ki, satışına noyabrda başlanılacaq smartfonlar 1,4 QHs takt tezlikli səkkiz “ARM Cortex-A53” nüvəsini və “Adreno 505” qrafik sürətləndiricisini özündə birləşdirən “Qualcomm Snapdragon 430” prosessorundan istifadə edir. Quraşdırılmış “LTE Cat 4” modemi məlumatları 150 meqabit/saniyə sürətində yükləməyə imkan verir.

İki giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik “Xperia R1” smartfonunun qiyməti 215 dollar, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən “Xperia R1 Plus” modelinin qiyməti isə 245 dollardır.

Babək Cahandarov

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər