Bu gün Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda görüşəcək

09:21 - 01 / 11 / 2017
Bu gün Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda görüşəcək

Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

1news.az xəbər verir ki, dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, üçtərəfli görüşdə energetika sahəsində əməkdaşlıq, Rusiya-Azərbaycan və Rusiya-İran, eləcə də üçtərəfli formatda keçiriləcək görüşlərdə müzakirə olunacaq mövzular sırasındadır. 

Qeyd edək ki, ötən il də  avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilmişdi.

 P.Sultanova

Paylaş:
1152

Son xəbərlər

Bütün xəbərlər