Andrey Mamıkin: Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Andrey Mamıkin: Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

12:36 - 01 / 11 / 2017
Andrey Mamıkin: Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin söyləyib.

Onun sözlərinə görə, münaqişələrin həlli beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin məşğul olduğunu xatırladan avropalı deputat qeyd edib ki, münaqişənin həll olunmaması Avropa qonşuluq siyasətinin tam həyata keçirilməsinə mane olur.

A.Mamıkin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir, münaqişə hərbi yox, siyasi yolla həllini tapmalıdır.

S.Xankişiyeva

 

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər