AFFA iclasın vaxtını, yerini və gündəliyini açıqladı | 1news.az | Xəbərlər
Futbol

AFFA iclasın vaxtını, yerini və gündəliyini açıqladı

21:33 - 02 / 11 / 2017
AFFA iclasın vaxtını, yerini və gündəliyini açıqladı

AFFA-nın İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb.

1news.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutacaq yığıncaq saat 9:30-da başlayacaq.

Komitə üzvləri öncə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədləri müzakirə edəcək. Ardınca AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yolun təqdimatı olacaq.

İclasın sonunda komitə üzvləri digər məsələlər ətrafında müzakirə aparacaq. Yığıncaq  başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.

1news.az

Paylaş:
1325

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər