Prezident meydana girərək futbolçunu döydü, hakim qırmızı verdi – FOTO
Türkiyənin Elazığ şəhərində, Həvəskarlar Liqasında keçirilən “Yünlüce Gençlikspor”-“Sivricespor” matçında maraqlı olduğu qədər də xoşagəlməz hadisə baş verib.
1news.az-ın milliyet.com.tr saytına istinadən verdiyi xəbərə görə, “Yünlüce Gençlikspor”un 5:4 hesablı qələbəsi ilə başa çatan matçın 34-cü dəqiqəsində “Sivricespor” klubunun prezidenti Fethi Ahmet Yetik meydana girərək futbolçulardan birini təpikləməyə başlayıb.
Bunu görən matçın baş hakimi Gökhan Ardıç klub rəhbərinə qırmızı vərəqə göstərərək, onu tribunaya yollayıb.
Klub prezidentinə hansı cəzanın veriləcəyi İntizam Komitəsinin qərarından sonra məlum olacaq.
“Cəzalı futbolçularımız çox idi. Epizodların birində əsəblərimə hakim ola bilməyərək futbolçulardan birinə təpik atdım. Bu hərəkətimə görə peşman oldum. Ancaq futbolçuların oyunu məni çox əsəbiləşdirdi”- deyə, Fethi Ahmet Yetik qeyd edib.
Babək Cahandarov