Qurban Qurbanov: Bundan sonra uğurlu nəticələr əldə edəcəyik | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov: Bundan sonra uğurlu nəticələr əldə edəcəyik

15:22 - 03 / 11 / 2017
Qurban Qurbanov: Bundan sonra uğurlu nəticələr əldə edəcəyik

“Öncə Rövnəq müəllimə, və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Futbolçu olanda da milliyə can atırsan, məşqçi olanda da. Hər bir məşqçinin arzusu yığmada işləməkdi. Bu inamı mənə göstərdiyi üçün hər birinizə təşəkkür edirəm”.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. O, yeni vəzifəsi ilə bağlı planlarını açıqlayıb:

“Bilirəm, çox məsuliyyətli işdi. Hamının gözü milli komandadadı. Azarkeşlərin fikirlərini, düşüncələrini yaxından eşitmişəm. Çox istəyirlər ki, milli daha uğurlu nəticələr əldə etsin. Mənim üçün böyük məsuliyyətdi. Çalışacağıq ki, AFFA ilə birgə daha yaxşı nəticə əldə edək. Bu, bir ayın işi deyil. Planlarımız uzun olacaq. Yavaş-yavaş irəli getməliyik ki, milli daha peşəkar olsun. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələnin artığını etməyə çalışacam. Bir azərbaycanlı kimi çalışacam ki, daha yaxşı nəticələrə imza ataq”.  

Qurbanov bildirib ki, bundan sonra məsuliyyəti və işi çoxalacaq: “Düşünürəm ki, rəhbərliyimizlə birlikdə çalışıb, bu işin öhdəsindən gələcəyik. KİV nümayəndələrinə, bütün azarkeşlərə “çox sağ olun” deyirəm. Buna kimi də bütün yazılanları oxuyurdum və mənə olan etimadınızı, sevginizi göstərirdiz. Hər birinizə təşəkkür edirəm. Düşünürəm ki, bundan sonra hamımız – media, azarkeşlər, futbolsevərlər, futbol funksionerləri bir olub, aktiv komanda formalaşdırıb, uğurlu nəticələr əldə edəcəyik”. 

O, hələ köməkçilərinin adına aydınıq gəlmədiyini və bu barədə fikir bildirmək çox tez olduğunu vurğulayıb: “Təkcə köməkçilər deyil, çox detallar var. Hansı ki, bu günə buna cavab verə bilməyəcəm. Çünki onlar hissə-hissə ediləsi bir prosesdi. Hələ ki, bu barədə düşünməmişik. Buna hələ vaxtımız var. Bəlkə də 1 aya, 1,5 aya ətraflı məlumat verəcəyik”.

Çalışdırıcı Azərbaycan millisinin AÇ-2020 ilə bağlı şanslarından da danışıb. Qurbanov Millətlər Liqasının üstünlüklərinə toxunub:

“Dəfələrlə fikrimi bildirmişəm ki, birdən-birə hər şeyi edə bilmərik. Futbol elə bir oyundu ki, burda hər şey mərhələ-mərhələ olur. Həmişə də futbolçularımdan tələb etmişəm ki, əlinizə düşən şansdan maksimum istifadə olunmalıdı. Əgər bizim əlimizdə bu imkan, bu şans varsa, bundan mütləq istifadə etməliyik.

Özünüz də görürsüz ki, Madrid “Atletiko”su bizdən qat-qat güclüdü, amma “Qarabağ” səfərdə heç-heçə etdi. Çempionatda da düşünürük ki, bizdən zəif komandadı, amma gəlib, bizi məğlub edir. Yəni futbolda əvvəlcədən qəti qərar vermək mümkün deyil. Bunun üçün hazır olmalıyıq. Amma kiçik bir şansımız varsa, bundan maksimum istifadə etməyə çalışacağıq”.

Qurbanov AFFA ilə aralarında hansısa öhdəliklər qoyulmadığını da sözlərinə əlavə edib: “Məndə belə bir xarakter yoxdu. Sadəcə, doğru yol axtarırıq. Tapdığımız, düşündüyümüz yolu müzakirə edirik və bunu ən yaxşı şəkildə həyata keçirməyə çalışırıq. Bir-birimizi tanıyırıq.

Neçə illərdi bizim federasiya rəhbərliyi ilə münasibətlərimizdən də xəbərdarsız. Ona görə də hansısa şərt qoymağa ehtiyac yoxdu. Bir-birimizə inanaraq, güvənərək bu yolu gedəcəyik. İnşallah, birlikdə daha güclü olmağa çalışacağıq”.

Babək Cahandarov

Paylaş:
766

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər