Azərbaycanlı zəvvar İraqda dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı zəvvar İraqda dünyasını dəyişib

1news Redaksiyası18:35 - 04 / 11 / 2017
Azərbaycanlı zəvvar İraqda dünyasını dəyişib

İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev dünyasını dəyişib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə digər zəvvar Mirələm Həşimov bildirib.

Onun sözlərinə görə, hadisə bu gün baş verib. Belə ki, İraqın Samirə şəhərini ziyarət etdikdən sonra R.Musayev avtobusda ürəktutmasından dünyasını dəyişib.

Zəvvar yoldaşları R.Musayevi xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.

S.Xankişiyeva

 

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər