Bakıda qız atasını baltalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qız atasını baltalayıb

12:32 - 05 / 11 / 2017
Bakıda qız atasını baltalayıb

Bakıda qız atasını baltalayıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib.

Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
1027

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər