Batumidə azərbaycanlı turist deltaplanla dənizə düşüb
Batumidə deltaplanla uçan azərbaycanlı və ukraynalı turistlər Qara dənizə düşüblər.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd olunur ki, aparat uçmağa cəhd göstərdikdən sonra dərhal dənizə düşüb. Xilasedicilər aparat və iki turisti xilas edə biliblər.
Deltaplan 15 metr yüksəkliyindən düşüb.
S.Xankişiyeva
736