Sabah yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah yağış yağacaq

12:53 - 05 / 11 / 2017
Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az-a Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, axşam bəzi yerlərdə yağış  yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz  cənub küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Noyabrın 6-da Azərbaycanın əksər rayonlarında hava şəraiti  əsasən yağmursuz olacaq, lakin səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz  12-17° isti olacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
298

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər