“Discovery Azerbaijan” jurnalının payız nömrəsi işıq üzü görüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Discovery Azerbaijan” jurnalının payız nömrəsi işıq üzü görüb

11:40 - 06 / 11 / 2017
“Discovery Azerbaijan” jurnalının payız nömrəsi işıq üzü görüb

“Discovery Azerbaijan” jurnalının yeni payız nömrəsi çapdan çıxıb.

1news.az-a jurnaldan verilən xəbərə görə, jurnalın yeni sayında zəngin tarixli, gözəl təbiətli, "Su meyilli"dən, daha dəqiq desək, İsmayıllıdan söz açılır.

Bu rayondan millət vəkili seçilən, həyatını mərhəmətə, insanlara yardıma həsr edən, yaradıcı ailədə dünyaya göz açıb yaratdığı musiqi əsərləri ilə qəlbləri riqqətə gətirən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, tanınmış bəstəkar Novruz Aslanla müsahibədə də İsmayıllı qarış-qarış kəşf olunur.

Siz heç milyonçu Tağıyevin qonağı olmusunuz? Onun evi düz şəhərin mərkəzində, “Sahil” metrosunun yaxınlığında yerləşir. "Discovery Azerbaijan" jurnalı bu dəfə Hacı Zeynalabdin Tağıyevin evində, yəni Milli Azərbaycan Tarix Muzeyində qonaq oldu.

Dənizin dibinə bərkidilən dəmir konstruksiyalar üzərində qurulmuş bir şəhər təsəvvür edin. "Dünyanın səkkizinci möcüzəsi", "yeddi gəmi adası", "möcüzələr adası" kimi də adlanan "Neft Daşları" da jurnalın mövzusuna çevrildi.

Sevgimizi, sevgilimizin adını, öz adımızı, demək istəyib dilə gətirə bilmədiklərimizi, daxili aləmimizin üsyanlarını, istəklərimizi, ulduzları, şeirləri, beynimizə həkk olunmuş üz cizgilərini boş divara köçürüb dilə gəlməyin və dilə gətirməyin qeyri-adi forması olan bir sənət sahəsi də var. "Discovery Azerbaijan" jurnalının bu sayında divar yazıları və ya divar şəkilləri vasitəsilə bu özünüifadə sənətinin – qrafitinin Azərbaycanda və dünyada keçdiyi inkişaf yolundan danışılır.

"Qərib Azər" və "Oralar" proqramları ilə dünyanı ayağımıza gətirən tanınmış səyyah-jurnalist Azər Qəribin duzlu-məzəli söhbətlərini və səfər xatirələrini də jurnaldan oxuya bilərsiniz.

Yayın arxada qaldığı bu mövsümdə ilin 280 günü günəşli olan Kiprdən, Türk dünyasının bu kiçik cənnətindən də jurnalda söz açılır.

Yağışın romantizmi və təbiətin rəngarəng keçidlərini görə biləcəyimiz bu fəsildə “hara gedək?” deyə düşünənlər üçün dünyanın dörd bir tərəfindən ən gözəl yerləri, payızın rəng çalarlarını iliklərinizə qədər hiss edə biləcəyiniz məkanları da jurnalın səhifələrindən tapacaqsınız.

Hələ də yayın xiffətini çəkənlər üçün isə ilin hər fəslində yolunuzu sala biləcəyiniz İordaniyadan xəbər verilir. Bu ölkəyə səfər etməklə qədim şəhərləri gəzə, nəhəng qaya abidələrə heyran ola, göz işlədikcə uzanan səhralardan zövq ala və Ölü dənizdə çimə bilərsiniz. Az qala hər addımında tarix yatan bu qədim və məşhur turizm ölkəsini İordaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşnehlə bir daha kəşf edəcəksiniz.

S.Xankişiyeva

 

 

Paylaş:
1289

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər