Dünyanın ən güclü qadını odur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın ən güclü qadını odur – FOTO

12:15 - 06 / 11 / 2017
Dünyanın ən güclü qadını odur – FOTO

Məşhur biznes xəbərləri dərgisi olan “Forbes” dünyanın 100 ən güclü qadınının siyahısını açıqlayıb.

1news.az-ın məlumatına görə, nəşrin budəfəki siyahısına Almaniyanın 63 yaşlı baş naziri Angela Merkel başçılıq edir.

İkinci yerdə İngiltərənin baş naziri, 61 yaşlı Tereza Mey, üçüncü yerdə isə 53 yaşlı amerikalı xeyriyyəçi Melinda Qeyts yer alıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Cristine Lagarde 8-ci, Çili prezidenti Mişel Baçelet 16-cı, ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp 19-cu, İngiltərə kraliçası II Yelizaveta 26-cı, Myanma lideri Aunq San Suu Kyi 33-cü, müğınni Beyons 50-ci, siyasətçi Hillari Klinton 65-ci, məşhur amerikalı müğənni Teylor Svift 85-ci yerdə qərarlaşıb.

Qonşu Türkiyədən isə cəmi bir nəfər “Forbes”in siyahısına düşüb. Belə ki, “Sabancı Holding”in İdarə Heyətinin başçısı Gülər Sabancı siyahıda 12 pillə yüksələrək 58-ci olub.

Qeyd edək ki, “Forbes” tərəfindən açıqlanan siyahı maliyyə gücü (təsis etdikləri şirkətin gəlirliliyi), siyasətdən texnologiyaya qədər cəmiyyətə təsiri olan şəxslərdən seçilir.

Babək Cahandarov

Paylaş:
715

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər