Hava qeyri-sabit keçəcək, temperatur 4-6 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava qeyri-sabit keçəcək, temperatur 4-6 dərəcə aşağı enəcək

12:48 - 06 / 11 / 2017
Hava qeyri-sabit keçəcək, temperatur 4-6 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 7-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində çiskin olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 7-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 

Meteoroloqların xəbərdarlığına görə, noyabrın 8-i qərb rayonlarından başlayaraq noyabrın 10-u axşamadək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
818

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər