Məşhur aparıcını zibil paketinə saldılar – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur aparıcını zibil paketinə saldılar – FOTO

15:26 - 07 / 11 / 2017
Məşhur aparıcını zibil paketinə saldılar – FOTO

Şou biznesdə bunu da etdilər. Məşhur aparıcı Vüsalə Əlizadə əyninə “zibil” paketindən paltar geyindi. 

1
news.az-ın BAKU.WS-ə istinadən verdiyi xəbərə görə, hər zaman öz qeyri-adi layihələri ilə tanınan, köhnə video kasetlərin lentindən, karandaşlardan, saman çöplərindən, düymələrdən, sancaqlardan, kağızdan və s. paltarlar hazırlayan modelyer Şəlalə Maqsudova bu dəfə tullantı paketlərindən eksklyuziv geyimlər yaratdı. 

Maqsudovanın tullantı paketlərindən hazırladığı biri birindən özəl və fərqli paltarları isə məşhur tele-aparıcı Vüsalə Əlizadə çəkinmədən əyninə geyinib kamera qarşısına çıxdı. “Zülmət mələyi” adlı fotolayihənin üzərində Şəlalə Maqsudova yenə öz sadiq dostları ilə çalışıb. 

Qeyd edək ki, obrazın qrimi hər zamanki kimi, stilist –vizajist Nura Babayevaya, fotoları isə fotoqraf Araz Bağırova aiddir. Maraqlıdır, görəsən zibil paketindən geyim hazırlamaq Şəlalə Maqsudovanın hardan ağlına gəlib? Yoxsa, o bu geyimi ilə yeni bir ultimatum göndərmək iddiasındadır? Suallarımıza modelyer belə cavab verdi: 

“Bilirsiz, mən hər layihəmi nədənsə ilhamlanıb yaradıram, heyatda baş verən hər şeyə münasibətimi hazırladığım geyimlərlə bildirirəm. Bu dəfəki şüarım isə hər eybəcərlikdə gözəlliyi görməyi bacarmağı, gözəllikdə eyib axtarmaq əvəzinə, gözəl görməyi bacarmağı təbliğ etmək istəyirəm. Son zamanlar insanların sosial şəbəkədə aqressiv olmaları, tanınmışlara təhqir və tənqid yazmaları məndə insanlara qarşı bu fikiri yaratdı. 

Məhz “zibil” paketlərindən geyim hazırlamağımda bunu demək isəyirəm ki, baxın, tullantı paketinə siz lazımsız əşyalarınızı, köhnə, çirkli nə varsa atırsiz içinə və onu Balaxanı zibilliyinə göndərirsiz, amma mən ondan gözəllik yarada bildim. Siz də hər çirkinlikdə bir gözəllik görün, gözəlliyi, yaxşılığı özünüz tapın. Onu da deyim ki, bu layihəmdən sonra daha bir yeni fotosessiya ideyam var. Onu da çox məşhur en cazibədar aparıcı ilə etmək fikrim var. O layihənin də sizi çox təəccübləndirəcəyinə inanıram”.

1news.az

Paylaş:
1432

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər