Tanınmış pianoçu Luka Safronovun “Baku” jurnalının 10 illiyinə həsr olunmuş solo konserti olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış pianoçu Luka Safronovun “Baku” jurnalının 10 illiyinə həsr olunmuş solo konserti olub – FOTO

08:59 - 07 / 11 / 2017
Tanınmış pianoçu Luka Safronovun “Baku” jurnalının 10 illiyinə həsr olunmuş solo konserti olub – FOTO

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Luka Safronov “Baku” jurnalının 10 illiyinə həsr olunmuş solo konsert proqramı ilə çıxış edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konsert “Baku” jurnalı, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Gecədə tanınmış pianoçunun ifasında dünya şöhrətli bəstəkarlar L.Bethoven, F.Şopen, S.Raxmaninov və P.Çaykovskinin əsərləri səsləndirilib.

1990-cı il oktyabrın 31-də Moskvada anadan olan Luka Safronov nəinki Rusiyada, onun hüdudlarından kənarda da gənc pianoçu kimi sevilir. Safronov pianoda çalmağa 5 yaşından başlayıb. Altı yaşından isə artıq beynəlxalq müsabiqənin kiçik yaş qrupunda çıxış edib. Pianoçu Böyük Britaniya, İtaliya, Bolqarıstan, İsveçrə və digər ölkələrdə keçirilən 16 beynəlxalq müsabiqənin laureatıdır. O, indiyədək bir neçə xeyriyyə konsertlərində, ümumilikdə isə mindən çox konsertdə iştirak edib. Dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç Moskvada L.Safronovun ifasını dinlədikdən sonra onun gələcəkdə böyük musiqiçi olacağını söyləyib.

Gənc pianoçu Luka Safronov deyib: “Mən xeyriyyəçiliklə məşğul oluram. Düşünürəm ki, Tanrı mənə bu xeyriyyəçiliyimə görə Leyla Əliyeva kimi bir insanla tanış olmağı nəsib etdi. Biz onunla xərçəngdən əziyyət çəkən uşaqlar üçün təşkil edilən bir tədbirdə tanış olduq. Azərbaycandan çox zəngin təəssüratlar aldım. Ölkəniz elə bir yerdir ki, burada yaşamaq üçün qalmaq istəyirsən. Burada inkişaf və gözəllik çoxdur. Azərbaycan gözəl, inkişaf edən və zəngin ölkədir”.

L.Safronovun Bakı konserti də yaddaqalan olub. Belə ki, tanınmış pianoçunun ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

“Baku” jurnalı 2007-ci ildən Moskva şəhərində rus dilində nəşr olunur. Baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan jurnal indiyədək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb. Jurnalın indiyədək çap olunan nömrələrində Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, nəsillərdən-nəsillərə ötürülən adət-ənənələri barədə ətraflı məlumat verilir. Jurnalda, həmçinin ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanın müasirləşdirilməsi və daha da inkişaf etdirilməsi üçün görülən işlər barədə məlumat verilir, tanınmış insanlarla müsahibələr oxucuların böyük marağına səbəb olur. Azərbaycanın tanınmış şəxsiyyətləri, tarixi, mədəniyyəti, mətbəxi və təbiəti ilə bağlı rəngarəng fotolar da dərginin səhifələrini bəzəyir. Oxucular tərəfindən hər nömrəsi maraqla qarşılanan "Baku" jurnalının 2011-ci ildən ingilisdilli versiyası - "Baku International" da nəşr edilir.

S.Xankişiyeva

 

Paylaş:
664

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər