Səbail rayonunda bəzi işbazlar saxta sənədlərlə torpaq satışına cəhd ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbail rayonunda bəzi işbazlar saxta sənədlərlə torpaq satışına cəhd ediblər

11:01 - 07 / 11 / 2017
Səbail rayonunda bəzi işbazlar saxta sənədlərlə torpaq satışına cəhd ediblər

Səbail Rayon İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və MKİS-lərin, qəsəbə və ərazi nümayəndəlikləri, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavırə keçirilib.

1news.az-ın məlumatına görə, müşavirəni aparan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illər ərzində rayonda xeyli işlər görüldüyünü, bir sıra layihələrin həyata keçirildiyini bildirib. Qeyd edib ki, Bilik günü ərəfəsində əsaslı təmir-yenidənqurulma işləri aparılmış 162 və 239 №-li orta məktəblərin istifadəyə verilib, keçən həftə 20-ci sahədə paytaxtımız üçün yeni olan müasir İdman və istirahət parkının açılışı olub:

“Hazırda Bayılda 157 №-li uşaq bağçası sökülərək yenidən tikilir, bu ay Abbasqulu Abbaszadə küçəsində böyük bir məhəllənin əsaslı təmirinə başlanılacaq. Gələn il daha bir təhsil müəssisəsi əsaslı təmir olunacaq. Bütün bu işlər sakinlərmiz tərəfindən böyük rəğbətlə qarşılanır”.

İcra başçısı rayonda baş verən neqativ hallar, o cümlədən qanunsuz torpaq zəbti və burada tikinti işlərinin aparılması hallarının kəskin şəkildə azaldıldığını və demək olar ki, tam dayandırıldığını da diqqətə çatdırıb:

“Lakin buna baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanıb. Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların bəzi dövlət qurumları nümayəndələri ilə əlbir olaraq saxta sənədlər əsasında torpaq satışına cəhd etməsi müəyyən olunub və hazırda araşdırmalar davam edir.

Bununla bağlı RİH başçısı tərəfindən rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi ciddi surətdə tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəli şəxşlərə ciddi xəbərdarlıq olunub”.

Müşavirədə həmçinin ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və c. məsələlər müzakirə edilib.

RİH-nə bu qanunsuz əməllərin icraçıları və onların havadarlarının adları məlumdur və yaxın günlərdə məlumat ictimaiyyətə çatdırılacaq.

1news.az

Paylaş:
708

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər