Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

11:10 - 07 / 11 / 2017
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqini keçirəcək.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

Babək Cahandarov

 

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər