Ataların həssaslığını göstərən təsirli məqamlar - FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ataların həssaslığını göstərən təsirli məqamlar - FOTO – VİDEO

11:33 - 07 / 11 / 2017
Ataların həssaslığını göstərən təsirli məqamlar - FOTO – VİDEO

Analar haqqında saysız-hesabsız şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib. Lakin qayğıkeşliyi, sevgisi və məhəbbəti ilə analarımızdan heç də geri qalmayan atalarımız bir az unudulur.

Paylaşdığımız fotolarda ataların sərt, ciddi və soyuq görünüşə sahib olmalarına baxmayaraq övladları yanında nə qədər incə ruhlu və həssas olmalarını sübüt edən məqamları diqqətinizə çatdıracağıq:

 

Bu ata qızına rəngarəng saçdüzümləri etmək üçün gözəllik kurslarına yazılıb.  

Əlindən əmliyyat olunan balaca qızcığaza həkimlər oyuncaq ayısını götürməyə icazə verir. Ata qızına dəstək olmaq üçün oyuncağının da onun kimi əlini sarıyıb.   

Ofisdə uzun iş saatlarından sonra yorulmasına baxmayaraq övladına zaman ayıran ata

Bəzən ata qayğısı çərçivələri aşır.

Lakin ata ilə heç vaxt darıxmazsan.

Ata ilə heç nə qorxulu deyil.

Ata əsl qəhrəman olduqda.

Ata – həyatda ən etibarlı dayaqdır.

Aşağı ətraflarının iflic olmasına baxmayaraq qızının toyunda iştirak edən ata.

Atalar bəzən özlərini incəsənətə qurban verir.

Bəzən isə balaca qızı ilə evcik-evcik oynamağı da bacarır.  

Onunla hər zaman əyləncəlidir.

Qızları üçün ataları hər zaman yaraşıqlıdır.

Atalar bizə necə yaşamağı söyləmir, bunu göstərirlər.

Yenicə valideyn olmuş ata övladına heyranlıqla baxır.

S.Xankişiyeva

 

 

Paylaş:
1211

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər