İranın XİN rəhbəri Azərbaycan səfirliyinin təşkil etdiyi fotosərgiyə baxıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İranın XİN rəhbəri Azərbaycan səfirliyinin təşkil etdiyi fotosərgiyə baxıb - FOTO

14:47 - 08 / 11 / 2017
İranın XİN rəhbəri Azərbaycan səfirliyinin təşkil etdiyi fotosərgiyə baxıb - FOTO

Tehranda Azərbaycanın İrandakı səfirliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutunun birgə təşkil etdiyi “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi davam edir.

1news.az xəbər verir ki,  noyabrın 8-də İranın xarici ilə naziri Məhəmməd Cavad Zərif ECO Mədəniyyət İnstitutuna gələrək sərgi ilə tanış olub.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov sərgi haqqında məlumat verib.

Sərgidə Azərbaycanın dini-mədəniyyət abidələri, Bakıda və rayonlarda məscidlər, eləcə də ölkəmizin görməli yerlərini əks etdirən fotolar nümayiş olunur.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Bu il ərzində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman tədbirində 54 İslam ölkəsindən 3 mindən çox idmançı iştirak edib. İslam həmrəyliyinə çağırış təşəbbüsü Azərbaycan Prezidentinin İslam dininə və həmrəyliyə verdiyi diqqətin bariz nümunəsidir.

Səfir həmçinin Azərbaycanda tarixi, mədəni və dini abidələrı göstərilən dövlət qayğısından danışıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, Azərbaycan İrana dost və qardaş ölkədir. İki ölkə arasındakı əlaqələrin inkişafı xalqlarımızın maraqlarına xidmət edir.

Nəzərə çatdırılıb ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq, humanizm, insanpərvər dindir. İslam mədəniyyəti insanları mənəvi zənginliyə, saflığa dəvət edir. Hazırda islam dünyasının həmrəyliyə daha çox ehtiyacı vardır.

Xatırladaq ki, sərgi noyabrın 26-dək davam edəcəkdir.

1news.az 

Paylaş:
764

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər