İlham Əliyev: Bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçid təmin edilib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçid təmin edilib

17:11 - 08 / 11 / 2017
İlham Əliyev: Bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçid təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli mərasim iştirakçıları!

Sizi Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan paytaxtında yeraltı nəqliyyatın yaradılması ideyası hələ 1930-cu illərin əvvəlində şəhərin perspektiv inkişafı üzrə baş planı işləndiyi vaxt meydana çıxmışdı. İkinci Dünya müharibəsinin başlanması həmin planın və eləcə də metro tikintisi ideyasının gerçəkləşdirilməsinə imkan vermədi. Sonrakı dövrlərdə qarşıya çıxan ən müxtəlif çətinliklərə baxmayaraq, metro inşaatçılarının böyük zəhməti bahasına 1967-ci ilin noyabr ayında Bakı Metropoliteninin birinci növbəsi işə salındı ki, bu da Azərbaycanın həyatında baş vermiş mühüm və əlamətdar hadisə idi.

Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik edərkən məhz onun diqqət və qayğısı sayəsində Bakı Metropolitenində tikinti işlərinin sürəti intensivləşdi, yeni xətlər istismara verildi, yaşayış massivlərinin Bakının mərkəzi ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdırıldı.

Ötən yarım əsr ərzində Bakı şəhərinin infrastrukturunda və əhalinin ictimai nəqliyyatla təminatında metropolitenin fəaliyyətinin nəticəsi olaraq köklü dəyişikliklər baş vermiş, onun ümumşəhər sərnişin daşımalarındakı payı davamlı artmışdır. Metropolitenin istismarı sahəsində irimiqyaslı işlər aparılmış və müasir avadanlıqlarla təchiz edilən maddi-texniki bazası təkmilləşdirilmişdir.

Dövrün tələblərinə uyğun texnologiyaların tətbiqi, yeni standartlara keçidin başlıca meyar olması və insan resurslarının lazımınca dəyərləndirilməsi bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin etmişdir. Metro stansiyalarının tərtibat baxımından milli memarlıq sənətinin ornamentlərlə zəngin nümunələrinə çevrilməsi xüsusilə sevindiricidir.

Perspektivdə metro şəbəkəsi genişləndiriləcək və inkişaf etdiriləcəkdir. Metropoliten müasir tələblərə müvafiq surətdə yenidən qurulacaq, sərnişinlərə təhlükəsiz xidmət səviyyəsi daha da yüksələcəkdir.

İnanıram ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin texniki hazırlığa malik peşəkar kollektivi bundan sonra da özünün iş ahəngini qoruyub saxlayacaq, əzmlə çalışaraq üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bacarıq və qüvvəsini əsirgəməyəcəkdir”.

S.Xankişiyeva

Paylaş:
649

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər