Elmar Məmmədyarov Efiopiyada rəsmi səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Efiopiyada rəsmi səfərdədir

10:21 - 08 / 11 / 2017
 Elmar Məmmədyarov Efiopiyada rəsmi səfərdədir

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfər edib.

1news.az –a XİN-in mətbuat xidmətindən verilən məlumata görə,  səfər çərçivəsində E. Məmmədyarovun Efiopiyanın xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin,  E. Məmmədyarovun Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarına səfəri, Afrika İttifaqının sədri və komissarları ilə görüşləri nəzərdə tutulub.

XİN rəhbərinin səfəri noyabarın 9-dək davam edəcək.

P.Sultanova

 

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər