Giorgi Marqvelaşvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib | 1news.az | Xəbərlər
Siyasət

Giorgi Marqvelaşvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib

22:32 - 08 / 11 / 2017
Giorgi Marqvelaşvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi Gürcüstana dəvət edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti ilə yanaşı Estoniya, Litva, Latviya, Polşa, Finlyandiya, Ukrayna, Ermənistan və Belarus prezidentlərinin də 26 may 2018-ci il tarixində Gürcüstanın müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir.

“Bu ölkələr müstəqilliklərini 1918-ci ildə bərpa ediblər. Biz bu tarixi günü bir yerdə qeyd etmək istəyirik. Gürcüstan prezidenti bu gün polşalı həmkarını bu tədbirlərdə iştiraka dəvət edib”,- deyə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib.

Qeyd edək ki, G.Marqvelaşvili Polşada səfərdədir. Səfər çərçivəsində o, polşalı həmkarı Andjey Duda ilə görüşüb.

1news.az

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər