Mingəçevirdə “Şəhidliyin Rahim Tağıyev zirvəsi” filminin təqdimatı oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə “Şəhidliyin Rahim Tağıyev zirvəsi” filminin təqdimatı oldu – FOTO

11:56 - 08 / 11 / 2017
Mingəçevirdə “Şəhidliyin Rahim Tağıyev zirvəsi” filminin təqdimatı oldu – FOTO

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” – adlı qısametrajlı sənədli film çəkib.

1news.az-ın Qaynarinfo-ya istinadla verdiyi xəbərə görə, Qafqazın ən böyük xəbərkanalı olan "ARB24”-ün texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rahim Tağıyevlə bağlı sənədli film çəkərək onu gənclər arasında təbliğ etməkdən ibarətdir.

Layihə çərçivəsində çəkilən sənədli film Mingəçevir şəhərində geniş auditoriyaya təqdim olunub. Təqdimatı giriş sözü ilə ASGA sədri Səbuhi Abbasov açaraq layihənin məqsədindən danışıb: "Layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rəhim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir. BİZ APREL DÖYÜŞLƏRİNDƏ İGİD ƏSGƏRLƏRİMİZİN ŞÜCAƏTİNİ PAYTAXT VƏ REGİON GƏNCLƏRİ ARASINDA TƏBLİĞ ETMƏYİ qarşıya əsas hədəf kimi qoymuşuq. Biz ASGA olaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan hər bir əsgərimizin cəmiyyətdə tanıdılmasının tərəfdarıyıq. Bu mənada təklif etdiyimiz layihə Fondun bütün komissiya üzvləri tərəfindən müsbət qarşılandı. Mən bir daha Gənclər Fonduna və ARB24 rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”

Daha sonra Mingəçevir Dram Teatrın direktoru Səxavət Məmmədov çıxış edərək bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını dedi.

Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevə isə çıxışında onun ailəsinə göstərilən diqqət və qayğıdan dolayı hər kəsə təşəkkür etdi.

Daha sonra filmin ərsəyə gəlməsində xidməti olan texniki heyətə ASGA adından diplomlar, disklər və suvenirlər hədiyyə verildi.

Məlumat üçün qeyd edək ki, bu ASGA-nın efir üçün hazırladığı sayca 3-cü peşəkar sənədli filmdir.

S.Xankişiyeva

Paylaş:
1731

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər