Azərbaycanda uşaqlı ailələrə verilən müavinətlərin artırılması təklif edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda uşaqlı ailələrə verilən müavinətlərin artırılması təklif edilir

12:56 - 08 / 11 / 2017
Azərbaycanda uşaqlı ailələrə verilən müavinətlərin artırılması təklif edilir

Azərbaycanda uşaqlı ailələrə verilən müavinətlərə yenidən baxılması təklif edilir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Aqiyə Naxçıvanlı Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında çıxışı zamanı bildirib:

 “Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”.

Komitə sədri məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib.

Onun fikrincə, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliyyət Proqramı hazırlanmalıdır.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1216

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər