Gəncədə qadınların çantalarına qənim kəsilənlər tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qadınların çantalarına qənim kəsilənlər tutuldu

13:53 - 09 / 11 / 2017
Gəncədə qadınların çantalarına qənim kəsilənlər tutuldu

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 5-də Gəncə şəhər sakini D.Məhərrəmovanın içərisində pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Telman Mirzəliyev və Elbrus Manafov Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən tutulublar.

Onların avqustun 21-dən noyabrın 4-dək olan müddətdə şəhər sakinləri olan daha 3 qadının çantalarından pul və sənəd oğurlamaları da müəyyən edilib.

S.Xankişiyeva

 

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər