Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılıb – FOTO

14:30 - 09 / 11 / 2017
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılıb – FOTO

Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi ehtiramla anılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Milli Qəhrəmanın adını daşıyan parkda keçirilən tədbirin iştirakçıları Əsgər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı Asif İmanlı Milli Qəhrəmanın 1995-ci ilin martın 17-də Bakıda törədilmiş dövlət çevrilişinin qarşısının alınmasında göstərdiyi vətənpərvərlik nümunəsi və əsgəri rəşadəti barədə danışıb. Qeyd olunub ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınmasında həyatlarını qurban vermiş şəhidlərin xatirəsi Lənkəran rayonunda da daim əziz tutulur.

“Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev və şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Akif Xalıqov çıxışlarında Milli Qəhrəmanın Vətən qarşısında xidmətlərindən danışıb, onun şücaətinin gənclərə örnək olduğunu bildiriblər.

Qəhrəmanın atası Əsgər Əliyev ölkəmizdə şəhidlərin və Milli qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Mərasimin sonunda məktəblilərin ifasında Milli qəhrəmanlara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Anım tədbir Milli Qəhrəman Əsgər Əliyevin təhsil aldığı Haftoni və Ləj kənd tam orta məktəblərində davam etdirilib.

S.Xankişiyeva

 

Paylaş:
814

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər