Prezident SAM-ın əməkdaşlarını təltif etdi | 1news.az | Xəbərlər
Rəsmi

Prezident SAM-ın əməkdaşlarını təltif etdi

18:35 - 10 / 11 / 2017
Prezident SAM-ın əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Paşayeva Gülşən Məmmədəli qızı

Allahyarova Tahirə Bəkir qızı

Vəliyev Cavid İsmayıl oğlu

Məhəmmədi Məsiağa Əhməd oğlu

Sadıxov İsmayıl Ənvər oğlu”.

1news.az

Paylaş:
1235

Son xəbərlər

Bütün xəbərlər