UEFA azarkeşi vuran ulduz futbolçunu ağır cəzalandırdı
UEFA İntizam Komitəsi “Marsel"in futbolçusu Patris Evraya ağır cəza tətbiq edib.
1news.az-ın məlumatına görə, buna onun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Gimaraynş”la oyundan əvvəl azarkeşin başına təpiklə vurması səbəb olub.
Buna görə UEFA 36 yaşlı müdafiəçini 7 ay futboldan uzaqlaşdırıb. P.Evra eyni zamanda 10 min avro məbləğində cərimələnib.
Bundan başqa, komanda ilə futbolçu arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, “Gimaraynş”la oyundan əvvəl isinmə hərəkəti zamanı azarkeşlərdən biri Evranı təhqir edib. Buna tab gətirməyən P.Evra həmin azarkeşin başına təpiklə vurub. Bundan sonra görüşün baş hakimi Tamas Boqnar oyunçuya qırmızı vərəqə verib.
1news.az
1037