Şadlıq evində dava - Müğənni bıçaqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şadlıq evində dava - Müğənni bıçaqlandı

10:50 - 10 / 11 / 2017
Şadlıq evində dava - Müğənni bıçaqlandı

Bakıdakı şadlıq evlərindən birində müğənni bıçaqlanıb.

1news.az  XezerXeber-ə a istinadən məlumat verir r ki, hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində olub. 

25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ''Murad'' şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb. 
Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. 

Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb. 

Faktla bağlı Binəqədi rayon polis idarəsində araşdırma aparılır.

1news.az  

Paylaş:
914

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər