Azərbaycanın gənc cüdoçuları Avropa birinciliyində iki medal qazanıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın gənc cüdoçuları Avropa birinciliyində iki medal qazanıblar

23:36 - 10 / 11 / 2017
Azərbaycanın gənc cüdoçuları Avropa birinciliyində iki medal qazanıblar

Montoneqronun paytaxtı Podqoritsada 23 yaşlı cüdoçular arasında Avropa birinciliyinə start verilib.

1news.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri iki medal qazanıblar.

Gənc cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova Avropa birinciliyinin bürünc medallarına sahib olublar.

Qeyd edək ki, qırx ölkədən 301 idmançının (168 kişi, 133 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 14 cüdoçu (8 kişi, 6 qadın) ilə təmsil olunur.

1news.az

Paylaş:
934

Son xəbərlər

Bütün xəbərlər