İstirahət gününün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət gününün hava proqnozu açıqlanıb

13:03 - 11 / 11 / 2017
İstirahət gününün hava proqnozu açıqlanıb

Noyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
296

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər