Şəkidə polisə yalan məlumat verən şəxslər saxlanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə polisə yalan məlumat verən şəxslər saxlanılıb – FOTO

18:54 - 11 / 11 / 2017
Şəkidə polisə yalan məlumat verən şəxslər saxlanılıb – FOTO

Şəkidə dələduzluqla məşğul olan şəxslər saxlanılıb.

1news.az-a DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Şəki rayon sakini Məhəmməd Şirinov Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin  yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağlayaraq, onu öldürəcəyi barədə hədə-qorxu gəldiyini bildirib.

Hadisə yerinə baxış keçirilərkən həqiqətən də Günəş Mikayılzadənin əllərinin və ayaqlarının bağlanıldığı aşkar edilib.

Araşdırmalar zamanı zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı rəfiqəsindən şübhələndiyini bildirib.  İstintaq-əməliyyat tədbirləri nəticəsində Günəş Mikayılzadənin ağır cinayət hadisəsi törədilməsini səhnələşdirərək, bilə-bilə yalan ifadə verdiyi müəyyən edilib.  Aparılan araşdırmalarla Günəş Mikayılzadənin tanışı Zabit Salmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, rəfiqəsindən qisas almaq məqsədilə əvvəlcədən qurulan plan üzrə Z.Salmanovun onun əllərini və ayaqlarını bağlayaraq yaşayış evini tərk etdiyi müəyyən edilib.

Bundan başqa, istintaq zamanı məlum olub ki, Günəş Mikayılzadə oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının həmin qadın tərəfindən oğurlanması barədə Polis Şöbəsinə müraciət edib, lakin fakt öz təsdiqini tapmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsi üzrə araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
841

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər