Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

19:20 - 13 / 11 / 2017
Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Bakıda iki səfirlik maşını toqquşub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 28 May küçəsi 39 ünvanında qeydə alınıb.

Rumıniyanın Bakıdakı səfirliyinə məxsus “Audi” markalı maşın Çexiya səfirliyinə məxsus “Volkswagen” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

1news.az

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər