“Halliburton” şirkətinin regional rəhbəri Bakı Ali Neft Məktəbində olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Halliburton” şirkətinin regional rəhbəri Bakı Ali Neft Məktəbində olub

11:27 - 13 / 11 / 2017
“Halliburton” şirkətinin regional rəhbəri Bakı Ali Neft Məktəbində olub

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankaster arasında görüş keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşün əsas məqsədi tərəflər arasında gələcək əməkdaşlığın genişlənməsi ilə bağlı sualların müzakirəsi olub. “Halliburton”un Azərbaycanda dövlət strukturları ilə iş üzrə meneceri Anar Əliyev də görüşdə iştirak edib.

Rektor ilk öncə qonaqları salamlayıb, daha sonra isə Ali Məktəbin fəaliyyətinin əsas istiqamətlərindən danışıb və bu ilin BANM üçün çox yaddaqalan olduğunu – Ali Məktəbinin kampusunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təntənəli açılışını, BANM-in ilk məzunlarına diplomun verilməsini, Ali Məktəbin qəbul imtahanlarında 700 bal yığmış tələbələrinin və Prezident təqaüdçülərinin sayına görə rekord vurmasını vurğulayıb.

E.Qasımov həmçinin böyük fəxrlə qeyd edib ki, məzunların çoxu artıq aparıcı transmilli şirkətlərə işə qəbul olublar. Həmin şirkətlər arasında “Halliburton” şirkətinin də olduğunu vurğulayaraq rektor bu məhsuldar əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əmin olduğunu bildirib.  Ali Məktəbin rektoru qonağa Ali Məktəbin tələbələri qaşısında çıxış etməyi və onlara öz profesional karyerası və rəhbərlilk təcrübəsindən danışmağı təklif edib.

“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankaster BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və Ali Məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi sübut etdiklərini deyib. Qonaqların sözlərinə görə, Ai Məktəbin yetirmələri dərin profesional biliklər, yaxşı təcrübə keçmələri, işgüzar xüsusiyyətlər və işə məsuliyyətli yanaşmaları ilə çox fərqlənirlər. Cənab Darel Lankaster həmçinin şirkətin BANM-lə əməkdaşlıq əlaqələrinin güclənməsində çox maraqlı olduğunu bildirib.

Sonda qonaq Ali Məktəbin rəhbərliyinə neft-qaz sektorunda beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mühəndislərin yetişdirilməsinə görə öz təşəkkürünü bildirib və bu istiqamətlə uğurlar arzu edib.

S.Xankişiyeva

Paylaş:
656

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər