İrandakı zəlzələnin Azərbaycana hansı təsiri ola bilər? – CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandakı zəlzələnin Azərbaycana hansı təsiri ola bilər? – CAVAB

10:12 - 13 / 11 / 2017
İrandakı zəlzələnin Azərbaycana hansı təsiri ola bilər? – CAVAB

İran-İraq sərhədində baş vermiş zəlzələ zamanı yaranan dərinlik qırılmalarının Azərbaycanla əlaqəsi yoxdur.

1news.az  xəbər verir ki, bunu Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, İranda baş verən zəlzələnin Azərbaycanda olan zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur:

“Həmin zəlzələ Azərbaycanda o dərəcədə güclü hiss olunmayıb ki, ocaqlarda zəlzələ baş versin”.

Q.Yetirmişli əlavə edib ki, Azərbaycanda hər gün zəif təkanlar qeydə alınsa da, güclü, dağıdıcı zəlzələnin olması təhlükəsi yoxdur.

Qeyd edək ki, İranla İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri İranın Sərpol Zəhab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 211  nəfər dünyasını dəyişib, təxminən 1700 insan yaralanıb.

İraqda isə son məlumata görə, 4 nəfərin öldüyü, 200-dən çox nəfərin isə yaralandığı bildirilir.

1news.az

 

Paylaş:
514

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər