Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

20:06 - 14 / 11 / 2017
Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Noyabrın 17-də paytaxtın Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 117 nömrəli tam orta məktəbdə (Ünvan: Binə qəsəbəsi, Məmmədhüseynov küçəsi 23) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

1news.az

Paylaş:
313

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər