Günel 3-cü nişanlısından da ayrıldı – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Günel 3-cü nişanlısından da ayrıldı – FOTO

12:41 - 14 / 11 / 2017
Günel 3-cü nişanlısından da ayrıldı – FOTO

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova nişanlısından ayrılmağını təsdiqləyib.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, bir müddət əvvəl Cem Ozan Torunlardan münasibətini bitirməyi barədə xəbərlər yayılsa da, Günel sözügedən məlumatı təsdiqləməmişdi.

Müğənni bu dəfə rəsmi Instagram hesabından özəl həyatı ilə bağlı doğru qərar verdiyini açıqlayıb:

 “Özəl həyatım, mənim üçün ən doğru və xeyirli olan qərarı iş həyatımda da etdim. Artıq “Torunlar ajans” və onların əməkdaşları ilə olan münasibətimə nöqtə qoydum”. 

Qeyd edək ki, “Torunlar Ajans” Günelin nişanlısı Cem Ozan Torunların ailəsinə məxsusdur.

Xatırladaq ki, Günel münasibətləri ilə tez-tez gündəmə gəlib. Belə ki, o,daha əvvəl hazırda həbsdə olan tanınmış iş adamı Rza Zərrabla, daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanıb.

S.Xankişiyeva

 

 

 

Paylaş:
2509

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər