Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir

16:29 - 15 / 11 / 2017
Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir

Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

S.Xankişiyeva

 

Paylaş:
935

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər