ABŞ səfiri Salyan rayonuna səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ səfiri Salyan rayonuna səfər edib

16:52 - 15 / 11 / 2017
ABŞ səfiri Salyan rayonuna səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Salyan rayonuna səfər edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat rayonun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə baş çəkib, ingilis dili və təhsil proqramlarında iştirak edən, ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmazda yerləşən regional Amerika güşələri də daxildir. Bu, Mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və yaradıcılıq məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma üzvü üçün pulsuz internet və bir sıra başqa fəaliyyətləri də təqdim edir.

Səfir və onun həyat yoldaşı Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb və onunla rayonun iqtisadi və kənd təsərrüfatının inkişafı məsələlərini müzakirə ediblər. Qonaqlar, həmçinin, tarixi Cümə məscidinə səfər etdilər.

 P.Sultanova

 

Paylaş:
727

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər